» » Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq

Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq

Bölmə: Xəbər
Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb.

"Xalqinfo" SOCAR-ın saytına istinadən xəbər verir ki, Rövnəq Abdullayev Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib, qəzadan dərhal sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını bildirib, ötən müddət ərzində Komissiyanın rəhbərliyi altında görülmüş tədbirlərdən danışıb, həlak olan və itkin düşən neftçilərin axtarış işlərinin fasilə verilmədən aparıldığını söyləyib, son cəsədlərin tapıldığı Türkmənistan Respublikası ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler