» » Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat toplantısı keçirib

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat toplantısı keçirib

Bölmə: Xəbər
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat  toplantısı keçirib

.
Xalqinfo.az xəbər verir ki,Yanvarın 25-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən 2013-2015-ci illər ərzində görülən işlər haqqında hesabat yığıncağı keçirilib.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, yığıncaqda Assosiasiyanın üzvləri və regional nümayəndəliklərin sədrləri iştirak ediblər.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov yığıncaqda hesabat məruzəsi ilə çıxış edib. Hesabatda aşağıdakı göstərilən fəaliyyətlər haqqında geniş məlumat verib. “Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 3 il ərzində 31dəfə Səhiyyə Nazirliyinə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionları dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsinə dair, xaricdən 7 mütəxəssisin dəvəti ilə bağlı (Russia-Moskva, Gürcustan-Tbilisi, Turkiyyə-İstanbul, Kanada-Toronto, İtaliya-Milan və s.), Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər müzakirə olunub”.
Gəncə və Şirvan şəhərlərində regional mərkəzlər yaradıldıqdan sonra Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin göstərişi ilə 63 rayonda irsi qan xəstəlikləri üzrə kabinetlər yaradılıb.
Qeyd edək ki, əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkaran, Mingəçevirdə də hemofiliya haqqında məlumatların toplanması üçün informasiya mərkəzləri yaradılmışdır. Azərbaycanın 44 rayon və şəhərlərində o cümlədən Naxçıvan MR da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarda çox profilli tibb işçiləri üçün seminarlar keçirilmişdir.
2014-cü il noyabr ayında ilk dəfə olaraq hemofiliyalı gənclər arasında liderlərin hazırlanması üçün Assosiasiyanın nəzdində “Gənc liderlər” məktəbi fəaliyyətə başlayıb. Hal hazırda 7 gənc lider Assosiasiyada könüllü fəaliyyət gostərir.
Qeyd olunub ki, xarici ölkələrə səfərlər zamanı, 12 Konfrans və çox saylı Konqresslərdə iştirak olunub. Türk Hemofiliya Dərnəyinin təşkil etdiyi Yay Hemofiliya Məktəbində Azərbaycan gəncləri ilə İstanbul və Bursa şəhərlərində görüş keçirilərək təcrübə mübadiləsi aparılıb.
Avropa Hemofiliya konsorsium və Dünya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilmişdir. “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası arasında birgə əməkdaşlığın təməli qoyulmuşdur.
Hesabat yığıncağında 2016-cı il üçün əməkdaşlıq çərçivəsində tədbirlər planı hazırlanmış və gələcək 3 ildə qarşıya qoyulan məsələlərin həlli üçün aşağıdakı fəaliyyətlər istiqaməti müəyyən edilmişdir.
• Faktor konsentratlarının 4 beynəlxalq vahidə çatdırıması
• Dərmanları regionlara paylaşdırılması
• Hemofiliyalıların tekmilləşmiş elektron bazasının yaradılması
• Ortoped cərrahların təkmilləşməsi
• Tibbi genetik laboratoriyanın yaradılması
Toplantıda çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri hemofiliyalı xəstələrə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat  toplantısı keçirib
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat  toplantısı keçirib
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası hesabat  toplantısı keçirib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler