» » Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Bölmə: Xəbər
Sabah 35 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumatından görə Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.


Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler