» » Ərdoğanı zəhərləmək istədilər

Ərdoğanı zəhərləmək istədilər

Bölmə: Xəbər
Ərdoğanı zəhərləmək istədilər
Türkiyədə fəaliyyəti qadağan edilən Fəthullah Gülən hərəkatı prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

Onun sözlərinə görə, hərəkatın bəzi üzvləri Türkiyənin dövlət strukturlarında işə düzələ biliblər: "Xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində hərəkatın üzvləri planlarını reallaşdıra bilməyiblər".

Bununla belə, nazir prezidentin həyatına sui-qəsd planlarının təfərrüatını açıqlamayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler