Nardaranda ölənlərin sayı artdıBölmə: Xəbər
Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı yaralananlardan daha biri dünyasını dəyişib. “Xalqinfo” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Nardaran sakini Məşədi Natiq Kərimov bildirib. Onun sözlərinə görə, hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib. Məşədi Natiq Kərimov qeyd edib ki, F. Bünyatovun qardaşı Rafael Bünyatov da insident zamanı öldürülüb. O həmçinin bildirib ki, insident zamanı dünyasını dəyişənlərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Hadisə zamanı öldürülən Abbas Hüseyn Gəncə, Sərvan Səfərov isə Masallı sakinidir. Onların meyitləri öz rayonlarına göndəriləcək. Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarının meyitləri isə Nardarana gətiriləcək. Onlar burada dəfn olunacaqlar”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|