» » Əli Əhmədov da danışdı

Əli Əhmədov da danışdı (VİDEO)

Bölmə: Xəbər, BLOK XƏBƏR
Əli Əhmədov da danışdı
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bu gün sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə zalından azadlığa buraxılmasını şərh edib.

Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, hüquq öz işini görüb və qərarını da verib: “İndi sırf insani hallar kimi yüngülləşdirici hal kimi, azyaşlı uşağının olması nəzərə alınaraq belə bir qərar verilib. Yeni Azərbaycan Partiyasından çıxarılma da, eyni zamanda qaytarılma da, hüquqi məsələdən daha çox, əxlaq məsələsidir. İndiki halda düşünmürəm ki, Gülər Əhmədovanı düşündürən məsələ, Yeni Azərbaycan Partiyasına qəbul olunmaqdır. Bunu indi nə o düşünür, nə də ki, biz”.

Xatırladaq ki, Gülər Əhmədova dünəndən Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini evdə çəkəcək.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler