» » Ukraynada çaxnaşma yaradan rus agentinin kimliyi bəlli oldu (VİDEO)

Ukraynada çaxnaşma yaradan rus agentinin kimliyi bəlli oldu (VİDEO)

Bölmə: Xəbər
Ukraynada çaxnaşma yaradan rus agentinin kimliyi bəlli oldu (VİDEO)
Ukrayna Təhlükəsizlik Xidməti Ukraynada İqor Strelkov adı altında fəaliyyət göstərən Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat idarəsinin zabitinin şəxsiyyətini müəyyən edib.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə UTX-nin mətbuat katibi Marina Ostapenko xəbər yayıb.

Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin kəşfiyatciları Ukraynada "Strelok" ləqəbilə fəaliyyət göstərən İqor Strelkovun əsl adını müəyyənləşdirib.

"Bu, 1970-ci il dekabr 17-də Rusiyada anadan olan polkovnik İqor Vsevoldoviç Girkindir. Onun pasport nömrəsi 4506460961-dir. Bu şəxs Moskvada Şenkurskİ keçid ev 8 -b , m-136-da qeydiyyatdadır", - deyə Ostapenko bildirib.

O, həmçinin Girkinin dəfələrlə Rusiya xarici pasportu ilə Ukraynaya səfər etməsini və son dəfə fevralın 26-da Krıma gəldiyini qeyd edib.

Ostapenko Donetsk regionunda ATƏT-in nümayəndələrinin oğurlanmasında "Strelok"un əli olduğunu bildirib.
"ATƏT-in nümayəndələrinin oğurlanmasını "Strelok"un rəhbərliyi ilə “Bes” ləqəbli təxribatçı İqor Bezler reallaşdırıb. Bizdə Bezlerlə "Strelok"un arasında telefon danışıqları var", – deyə UTX-nin mətbuat mərkəzinin rəhbəri əlavə edib .

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının zabiti İqor Strelkovu axtarışa verib. Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən İqor Strelkov separatçı "Donetsk Xalq Respublikası”nın silahlı qüvvələrinin komandanı təyin olunub.

İqor Strelkov Rusiya mətbuatına verdiyi açıqlamasında Ukrayna ordusuna meydan oxuyub. Bildirib ki, "Donetsk Xalq Respublikası”nın özünümüdafiə qüvvələrinin kifayət qədər silahı və təcrübəli döyüşçüləri var.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler