» » Suriya və Hizbullah Qələmunda

Suriya və Hizbullah Qələmunda irəliləyirlər

Bölmə: Xəbər, Dünya
Suriya və Hizbullah Qələmunda  Suriya ordusu Livan Hizbullahının müqavimət qüvvələrinin dəstəyi ilə Qələmun məntəqəsində təkfirçi-terrorçu qruplaşmalara qarşı birgə əməliyyatın davamında bir sıra məntəqələri azad ediblər.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, Suriya ordusu Hizbullah qüvvələrinin dəstəyi ilə Qələmunda təkfirçi qruplar üzərində qələbə çalıb və yeni uğurlar əldə edib.
Suriya ordusu və Hizbullah qüvvələri ilə terrorçular arasında "Səlacət əl-Qamu" dağlarında gedən döyüşlərdə terrorçular geri çəkilməyə məcbur olublar. Bundan başqa Suriya ordusu Musa təpəsinin şimal və cənubunda yerləşən digər təpələrə nəzarəti də ələ keçirib.
Belə bir şəraitdə təkfirçi-terrorçu qruplar sosial şəbəkələrdə Musa təpəsini yenidən işğal etdikləri və ona nəzarəti Suriya ordusunun əlindən aldıqları barədə xəbərlər yayıblar. Elə bu istiqamətdə Ənnüsrə Cəbhəsi terror qruplaşmasının bir qrup üzvü o cümlədən tanınmış dəstə başçılarından olan Əbu Əlaya "Cərd Flita" məntəqəsində Suriya ordusu və Hizbullah qüvvələri ilə gedən döyüşlərdə öldürülüb.
Livanın əl-Minar informasiya kanalı bundan öncə bildirmişdi ki, müqavimət qüvvələri Qələmunda, Fitlə keçid məntəqəsində 500 kiloqram partlayıcı maddəyə malik olan bir avtomobili məhv ediblər.
Mənbə
Azeri.irib.ir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler