Əmr: Məmurlar güllələnəcək

Bölmə: Xəbər, Dünya
Əmr:Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 15 yüksək rütbəli məmuru edam etməyi əmr edib.

Xalqinfo.az-ın məlumatına görə, "Renhap" agentliyi dövlət işçilərinin bu il ərzində edam ediləcəklərini bildirib. Agentlik bu məlumatı Koreya Respublikasının kəşfiyyat xidmətlərinə istinadən yayıb.

Qeyd edək ki, 2013-cü ildə də buna bənzər hadisə baş vermişdi. Kim Çen Inın əmri ilə öz əmisi Çan Son Thek edam edilmişdi. Edam əmr verilən gün yerinə yetirilmişdi. O, dövlət çevrilişində ittiham edilirdi. Bəzi mənbələr onun KXDR dövlət təhlükəsizliyi nazirliyinin binasındaca iri kalibrli pulemyotlardan atəş açılaraq öldürüldüyünü yazırdı. Bəziləri isə Çan Son Thekin itlərin önünə atılaraq öldürüldüyünü qeyd edirdi.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler