» » Rəşadət Babayevi qəzaya salan sürücü həbs edildi

Rəşadət Babayevi qəzaya salan sürücü həbs edildi

Bölmə: Xəbər
Rəşadət Babayevi qəzaya salan sürücü həbs edildiBakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevin xidməti avtomobili ilə qəza etməsinə səbəb olan sürücü həbs olunub.

aznews.az-ın əldə etdiyi məlumata görə, qəzaya səbəb sərxoş sürücünün yolu əks istiqamətdə keçmək istəməsi olub. Nəticədə hər iki avtomobil yararsız hala düşüb, alay komandiri Rəşadət Babayev isə ağır zədə alıb.

Hadisə kameralar vasitəsilə lentə alınıb və həmin sürücü saxlanılıb.

Qeyd edək ki, qəza aprelin 25-də səhər saat 07:00 radələrində “Park Bulvar”ın qarşısında baş verib. Rəşadət Babayev şəhərin rəis müavini kimi xidməti vəzifəsini yerinə yetirib və qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobillə hərəkətdə olub. Həmin vaxt bir sürücü yolu çarpaz keçərək gözlənilmədən onun avtomobilinin qarşısına çıxıb. Sürücünün kimliyi və qəza törətdiyi avtomobilin dövlət nömrə nişanı hələ ki, açıqlanmır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler