» » ABŞ-dan türklərə dəstək:

ABŞ-dan türklərə dəstək: Ermənilər üzr istəməlidir

Bölmə: Xəbər, Dünya
ABŞ-dan türklərə dəstək:Əgər 1915-ci ilə aid hadisələrin arxivləri açılsa, ermənilər danışdıqları böyük yalana görə bütün dünyadan üzr istəməli olacaqlar.

"Xalqinfo"un məlumatına görə, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın müşaviri Bryus Feynin iki il qabaq dediyi bu sözlər bu gün yenə rusdilli sosial şəbəkədə gündəmə gəlib. Buna səbəb şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun uydurma erməni soyqırımının 100 illiyi ilə bağlı yaydığı məlumat olub. “Facebook” və “Twitter”də məlumat yayan Kasparov öz ailəsinin də 1988-ci ildə Bakıda bu cür təhlükə ilə üz-üzə qaldığını iddia edib. Bu sosial şəbəkə üzlərinin ona kəskin reaksiya verməsi ilə nəticələnib və Bryus Feynin sözləri bir daha xatırladılıb.

Onun sözlərinə görə, prezident Ronald Reyqanın əmri ilə 1915-ci ildə baş vermiş hadisələri araşdıran ABŞ hakimiyyəti bu qərara gəlib ki, “erməni soyqırımı” iddialarının əsası yoxdur, çünki 1915-ci ildə türk daha çox ölüb.

“Prezident Reyqanın əmri ilə biz bu məsələ ilə bağlı araşdırma apardıq. Avropa ölkələrinin və o vaxtkı Osmanlı imperiyasının hərbi arxivlərində saxlanan materialları aşkarladıq. Araşdırma göstərdi ki, ermənilərin soyqırım iddiaları əsassızdır. “Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin uydurmasının məhsuludur”, - deyə Bryus Feyn bildirib.

Onun sözlərinə görə, erməni quldur dəstələri Anadoluda iki milyondan artıq türkü qətlə yetirib: “Erməni birləşmələri Qafqazda Rusiya ordusu ilə birlikdə döyüşüb. Onlar türk və gürcü kəndlərini qarət eləyiblər, dinc əhalini qırıblar. Bu məlumatlara görə, təxminən 2 milyon adam ölüb. Araşdırma zamanı Türkiyə tərəfi arxivlərindən istifadə etməyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən tamamilə imtina etdilər. Mənim fikrimcə, bu arxivlər açılsa, həqiqət mütləq ortaya çıxacaq. Onda ermənilər dünya qarşısında, xüsusilə də türklər qarşısında tarixi yalana görə üzr istəməli olacaqlar”, - deyə Bryus Feyn vurğulayıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler