» » Türkiyədə İlham Əliyevin şərəfinə

Türkiyədə İlham Əliyevin şərəfinə Parkı salınır

Bölmə: Xəbər, Sosial
Türkiyədə İlham Əliyevin şərəfinə Türkiyənin İzmit şəhərinin yüksəkliyində yerləşən ən səfalı yerlərdən birində Azərbaycan dövləti başçısının şərəfinə İlham Əliyev Parkı salınır.

Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, TADEF-in sədri Bilal Dündar, İzmit bələdiyyəsinin sədri Nevzət Doğan mərasimdə çıxış ediblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti başçısının güclü siyasi iradəsi, gələcəyə aydın baxışı əsasında reallığa çevrilən iqtisadi layihələr böyük bir regionda sürətli inkişafa, əhalinin rifahının yüksəlməsinə səbəb olub. Parkın salınmasında məqsəd Prezident İlham Əliyevə insanların məhəbbətini əks etməkdir.

Məlumat verilib ki, geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler