» » Məşəlimiz dünya qarşısında alovlanacaq (Foto)

Məşəlimiz dünya qarşısında alovlanacaq (Foto)

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Məşəlimiz dünya qarşısında alovlanacaq (Foto)Bakı 2015 Avropa Oyunlarının məşəlinin marşurutu açıqlanıb. Xalqinfo.az bildirir ki,Əməliyyat Komitəsindən (BAOƏK) ANS PRESS-ə verilən məlumata görə, məşəl aprelin 26-da Atəşgah məbədində alovlandırılacaq.

27 apreldə Naxçıvanda, 29 apreldə isə Lənkəranda Alov festivalı keçiriləcək. Məşəl cəbhə xəttinə yaxın olan rayonlarda da təqdim ediləcək. Daha sonra məşəl ölkəmizin bütün regionlarında nümayiş olunacaq. 7 iyun tarixində məşəl yenidən Bakıya gətiriləcək.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, məşəl 48 gün ərzində Azərbaycanın bütün guşələrində sərgilənəcək. Artıq bütün hazırlıq işləri görülüb və başa çatdırılıb. Nazirin sözlərinə görə, Atəşgah Məbədi məşəlin alovlanması üçün ideal məkandır.

“66 sm hündürlüyü olan məşəlin gövdəsi nar ağacını xatırladır. Məşəldə 50 element yer alıb. Məşəl 150 komanda və 1000 nəfərdən çox məşəlçi cəlb olunub. 60 regionda sərgilənəcək məşəli təyyarə ilə, Qarabağ atları ilə də nümayiş etdiriləcək”.
Məşəlimiz dünya qarşısında alovlanacaq (Foto)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler