» » Elmar Vəliyev səfirlə görüşdü -

Elmar Vəliyev səfirlə görüşdü - Foto

Bölmə: Xəbər
Elmar Vəliyev səfirlə görüşdü - Bu gün Çexiyanın fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivanko Gəncəyə rəsmi səfərə gəlib. qafqazinfo-ya daxil olan məlumata görə, o, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.


Görüş zamanı İcra Hakimiyyətinin başçısı səfirə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, qədim və zəngin mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan-Çexiya əlaqələrinin gündən-günə möhkəmlənməsinin, dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin hər iki ölkəyə layiqli töhvələr verdiyini vurğulayıb.

Çexiya səfiri bu görüşdən məmnunluq duyduğunu bildirməklə, Azərbaycan-Çexiya əməkdaşlığının tarixi əhəmiyyətindən, gələcək perspektivlərindən, Gəncə ilə Çexiyanın Olomouç şəhərləri arasında genişlənən işgüzar münasibətlərdən danışıb.

Səfir Gəncənin qədim və tarixi abidələri ilə tanış olacaq. O, Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Muzeyində, Heydər Əliyev Mərkəzində və Park- Kompleksində, Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində , Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində olacaq.
Elmar Vəliyev səfirlə görüşdü - Elmar Vəliyev səfirlə görüşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler