» » Yaz havası gəlir

Yaz havası gəlir

Bölmə: Xəbər
Yaz havası gəlir
Azərbaycan ərazisində günlərdir davam edən soyuq havaya sabahdan bitəcək.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah bəzi ərazilərdə havanın temperaturu 18 dərəcəyə kimi yüksələcək.

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə duman, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı istisna olunmur. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal küləyinə keçəcək.

Havanın hərarəti gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində ayrı-ayrı qərb rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler