Əməliyyat: 3 nəfər saxlanıldı

Bölmə: Xəbər
Əməliyyat:Yol Patrul Xidməti əməkdaşları dünən avtoşlarla bağlı bir neçə əməliyyat keçirib.


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanan material Xətai rayon məhkəməsinə göndərilib.

Daha iki əməliyyat isə bir müddət öncə baş verən pozuntulara görə olub. Fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə, yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov isə idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler