» » Səfir məcburi köçkünlərlə

Səfir məcburi köçkünlərlə görüşdü

Bölmə: Xəbər
Səfir məcburi köçkünlərlə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.


Xalqinfo.az xəbər verir ki, səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov müşayiət edib. Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Bildirilib ki, 540 yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var. Sonra diplomat məktəbin kompyuter otağına baxıb, tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub. Jurnalistlərlə təəssüratlarını bölüşən İsmail Alper Coşkun bildirib ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Elə bu məhəllədə görülən işlər də bunu sübut edir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Diplomat deyib: “Burada Dağlıq Qarabağ münaqişəsinin həllinin nə qədər vacib məsələ olduğunu bir daha hiss etdim. Arzu edirik ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun, insanlar gələcəyə sülh, xoşbəxtlik içərisində getsinlər”.
Mənbə
İslamazeri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler