» » Xalq Serjə tabe olmamağa

Xalq Serjə tabe olmamağa çağrıldı

Bölmə: Xəbər
Xalq Serjə tabe olmamağa Ermənistanın “Müəssislər parlamenti” hərəkatı əhalini bu gündən başlayaraq hakimiyyətə tabe olmamağa çağırıb.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə hərəkatın kordinatoru, Qarabağ müharibəsi veteranı, xüsusi Şuşa batalyonun komandiri Jirayr Sefilyanın yaydığı bəyanatda bildirilir. O, əhaliyə fevralın 27-dən əhalini yol hərəkəti cərimələrini ödəməməyə çağırıb.

“Artıq bəllidir ki, biz sizi aprelin 24-də küçələrə çağırırıq. Ancaq rejimi zəfiflətmək üçün biz bir sıra tabe olmamaq aksiyalarına başlayırıq. Sirr deyil ki, bu vəsaitlərin böyük hissəsi büdcəyə getmir və cinayətkar-oliqarxiya sisteminin əlinə keçir. Buna görə də biz bu yolla rejimə bizi qarət etməyə imkan verməyəcəyik, həm də onu xeyli nağd vəsaitdən məhrum edəcəyik. Cəriməni ödəmək əvəzinə, qanunun verdiyi imkandan yararlanaraq ödənişi yarım il təxirə salmağa çağırırıq. Aprelin 24-də isə biz küçələrə çıxacağıq və bu rejimi yıxmağa imkan verən proses başlayacaq”, - deyə Sefilyan bildirib.

Sefilyanın bəyanatından belə görünür ki, artıq Ermənistanda uydurma soyqırım əfsanəsinə və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” hərəkatına inanmayan bir nəsil yaranıb. Onları ayılaraq həqiqəti görməyə Jirayr Sefilyan kimi Qarabağ veteranlarının yaşadığı peşmançılıq vadar edib.

1967-ci ildə Beyrutda anadan olmuş Jirayr Sefilyan 1990-cı ildə hərbi təlimatçı kimi Dağlıq Qarabağa gəlib və dinc azərbaycanlılara divan tutan erməni cəza dəstələrinə dərs keçib. 1992-ci ildə Şuşaya hücum edən erməni silahlı dəstələrindən birinin komandiri olub. Amma 2000-ci ildə ordudan təxris olunaraq hakimiyyəti zəbt etmiş “Qarabağ” klanına qarşı kəskin müxalifətçilik fəaliyyətinə başlayıb. Beyrutda küçə döyüşlərində böyük təcrübə qazanmış Jirayr Sefilyanın Serj Sarkisyan üçün ciddi təhlükə yaradacağı gözlənilir.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler