Bakıda oğul atasını bıçaqlayıbBölmə: Xəbər
Bakıda oğul atasını bıçaqlayıb. APA-nın məlumatına görə, 57 yaşlı paytaxt sakini Sadıxov Elman Ağaverdi oğlu çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara alan Elman Sadıxov dərhal əməliyyata götürülüb. Məlum olub ki, 57 yaşlı kişi yaşadığı 20 sahə, Yurbəy Mürsəlov küçəsindəki evində bıçaqlanıb. Elman Sadıxovun qanını isə onun doğma oğlu Kamil axıdıb. Polislər tərəfindən saxlanılan Kamil Sadıxovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyata alındığı məlum olub. Hadisəni Səbail Rayon Polis İdarəsi araşdırır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|