» » Bakıda avtobusda bıçaqlandı

Bakıda avtobusda bıçaqlandı

Bölmə: Xəbər, Kriminal
Bakıda avtobusda bıçaqlandıBakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az-ın məlumatına görə, hadisəni Suraxanı rayon Polis İdarəsi Lent.az-a təsdiqləyib. Verilən məlumata görə, fevralın 21-i saat 21:20 radələrində Heydər Əliyev prospekti 41 ünvanının qarşısında, 136 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunda 1993-cü il təvəlüdlü Əsgərov Nicat Füzuli oğlu bıçaqlanıb.

22 yaşlı oğlan 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Avtobusda qanlı əməl törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, 136 saylı xətt avtobusu Mərdəkan qəsəbəsi ilə metronun "28 May" stansiyası arasında srnişindaşıma ilə məşğul olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler