» » Bakıya giriş bağlandı

Bakıya giriş bağlandı

Bölmə: Xəbər
Bakıya giriş bağlandı
Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya yolunda böyük tıxac yaranıb.

Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Sumqayıt şosesində paytaxt istiqamətinə gələn yolda böyük tıxac yaranıb.

Avtomobillərin sıxlığı Xırdalan dairəsindən başlayaraq “Şamaxinka” adlanan əraziyə qədər uzanır.

İdarədən bildirilir ki, həmin istiqamətdə hər gün səhər və axşam saatlarında tıxac olur. Tıxacın əsas səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir. Pik saatlarında isə vəziyyət getdikcə pisləşir.

Bu səhər isə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında “KamAZ” markalı yük maşını ilə “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində yolda bir saata yaxın gərginlik yaşanıb.

Qeyd edək ki, Bakıya girəcəkdə avtomobillərin sıxlığı hələ də davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler