» » Tənzilə Rüstəmxanlı qəzadan danışdı-

Tənzilə Rüstəmxanlı qəzadan danışdı- “Bacımı itirdim”

Bölmə: Xəbər
Tənzilə Rüstəmxanlı qəzadan danışdı-

“Bacımı itirdim. Özümə gələ bilmirəm. Bacımı indi Bakıya gətirirlər”.

“Xalqinfo” xəbər verir ki, bunu ans press-ə açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib.

Tənzilə Rüstəmxanlı onu da bildirdi ki, Könül Rüstəmxanlının harada dəfn olunacağı barədə qərar hələlik verilməyib: "Sabah dəfnədək qərar veriləcək".

Qeyd edək ki, bu gün saat 15:30 radələrində Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən Könül Yolçu qızı Rüstəmxanlı Tənzilə Rüstəmxanlının bacısı, “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler