» » Gələcəyin möhtəşəm avtomobiləri -

Gələcəyin möhtəşəm avtomobiləri - Video

Bölmə: Xəbər
Gələcəyin möhtəşəm avtomobiləri -
Amerika Birləşmiş Ştatları hazırda, çovğunlu hava şəraitindən əziyyət çəksə də, hər il ənənəvi keçirilən yeni avtomobillərin nümayişini təxirə salmayıb.

Dünya maşın sevərlərin diqqəti Amerika Birləşmiş Ştatlarına yönəlib. Avtomobil texnologiyasında yenilik edən aparıcı istehsalçılar özlərinin yeni 2015-ci il maşın modellərini Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda nümyişə çıxarıblar.

Hər il ənənəvi olaraq keçirilən maşınların sərgisi bu ildə minlərlə maşın sevərlərin – avtomobil həvəskarlarının marağı ilə qarşılandı. Bu il də nəhəng avtomobil istehsalçıları rəngarəng, sürət, rahatlıq, fərqlilik sevənləri nəzərə alaraq yeni məhsulları ilə gəliblər. Klassik, idman növlü avtomobildən tutmuş müxtəlif və fərqli rəngdə maşınlar, yük avtomobilləri, mini mikroavtobuslara rast gəlmək olar.

Təşkilatçı Barbara Pemeransın sözlərinə görə, dünyanın 42 nəhəng avtomobil istehsalçısı 700-dən artıq yeni maşın modellərini və markalarını nümayiş etdirir. Dünyanın nüfuzlu maşın




istehsalçılarının demək olar ki, hamısının 2015 modellərini burada görmək olar.

Bu il sərgidə marağa səbəb olan avtomobillərdən biri də Hidrogen gücü ilə işləyən maşınlar oldu. Mütəxəssislər bu cür avtomobilləri gələcəyin maşınları adlandırırlar. Hidrogen həm də yanacaqdan ucuz başa gəldiyindən bu nəqliyyat növü çoxlarının marağındadır.

Müxtəlif modeldə və rəngdə olan klassik avtomobillər də göz oxşayırdı. İdman yarışlarında istifadə olunan sürətli maşınlar da seyiricilərin marağı ilə qarşılandı.

Maşınların növləri və rəngləri kimi elə qiymətləri də müxtəlifdir. Yəni bu ilki maşınsevərlərə ən ucuz 13-14 min dollardan tutmuş, ən bahalı 200 min dollara qədər yeni modelləri seçmək imkanı var.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler