» » Bakı-Şamaxı yolunda qəza:

Bakı-Şamaxı yolunda qəza: ölən var

Bölmə: Xəbər
Bakı-Şamaxı yolunda qəza:Bakı-Şamaxı avtomobil yolunun 16-cı kilometrliyində "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Xalqinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Niva" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyidi çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:44-də başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler