» » Azərbaycanlı yoqa ustasına hökm oxunacaq

Azərbaycanlı yoqa ustasına hökm oxunacaq

Bölmə: Xəbər
Azərbaycanlı yoqa ustasına hökm oxunacaqÖtən ilin yayında fırıldaqçılıq, şantaj, təhdid, dələduzluq və cinsi istismar ittihamları ilə həbs olunun azərbaycanlı yoqa ustası Akif Manafın məhkəmə prosesi davam edir.

Xalqinfo.az modern.az-a istinadən xəbər verir ki, dünyanın bir çox yerlərində yoqa mərkəzləri açan və özünü yoqanın professoru elan edən Akif Manafov vücudda “Enerji axtarışı” və “Çakraların açmasını” bəhanə edərək müştərisinə cinsi istismara görə təhdid olunurdu.

39 yaşlı qadın müştərisinin şikayəti ilə həbs edilən və başqa cinayətləri də üzə çıxan Akif Manafov uzun müddətdir Türkiyə qanunvericiliyinə uyğun olaraq dindirilir.

Türkiyədə bir çox məşhurlara yoqa kursu keçən Akif Manafa son məhkəmə prosesində 13 il həbs istənilib.

Akif Manafov 1958-ci ildə Azərbaycanda anadan olub, indiki İqtisadiyyat Universitetində təhsil alıb. O, Hindistandan aldığı diplomla Türkiyədə yoqa müəllimliyi ilə məşğul olmağa başlayıb. Akif Manafın “Yoqa Akademiyası”nın Türkiyədə və xaricdə 55 mərkəzinin olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler