» » Sevinc Osmanqızının məhkəməyə gəlməsi tələb edildi

Sevinc Osmanqızının məhkəməyə gəlməsi tələb edildi

Bölmə: Xəbər
Sevinc Osmanqızının məhkəməyə gəlməsi tələb edildiBakının Nərimanov rayon Məhkəməsində jurnalist Sevinc Osmanqızına (Mirzəyeva) qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

apa-nın xəbərinə görə, prosesdə hakim Məzahir Sadıqov Sevinc Osmanqızının məhkəməyə gəlməsini tələb edib.

Sevinc Osmanqızının nümayəndəsi Elmira Sarıyeva isə bildirib ki, müdafiə etdiyi şəxs işi ilə bağlı Bakıya gələ bilmir. Hakim isə prosesin yanvarın 22-dək təxirə salındığını, S.Osmanqızının həmin tarixdə prosesə qatılmalı olduğunu açıqlayıb.

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler