» » Gümrü də Krım kimi ola bilər

Gümrü də Krım kimi ola bilər

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR
Gümrü də Krım kimi ola bilərSıravi rus əsgəri Permyakovun 6 nəfər mülki ermənini güllələməsi ilə Gümrü şəhərinin statusu gündəmə gəlib.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə ilk danışan Rusiyanın “Reqnum” agentliyinin rəhbəri Modest Kolerov olub. “Ümid edirəm ki, baş verənlər Gümrüdə hərbi baza ətrafında ətrafında mülki həyatın təşkili barədə ciddi müzakirələrə başlamağın əsasına qoya bilər. Bu zaman hərbi bazanın Gümrü üçün hansı önəm daşıdığını nəzərdən qaçırmaq olmaz”, - deyə Kolerov “Azadlıq” radiosunun rus redaksiyasına müsahibə verən zaman bildirib.

Bu, erməni mətbuatında ciddi reaksiya verib. Erməni şərhçi Akop Badalyan Kolerovun təklifinin ciddi nəticələr verə biləcəyini vurğulayır: “Faktiki olaraq, çox nəzakətlə Gümrünün statusu və şəhər sakinlərinin vətəndaşlığı məsələsi müzakirəyə çıxarılır. Bu, doğrudan da təhlükəli nəticələr verə bilər. Faktiki olaraq, Gümrünün Rusiya hərbi bazasının şəhərinə çevirmək ideyasını irəli sürür”.

Qeyd edək ki, Ukrayna müstəqillik qazananda Rusiya eyni planı Sevastopol şəhərində həyata keçirmişdi və Krımda yerləşən şəhəri orada yerləşən hərbi bazanın şəhərinə çevirmişdi. Bu, sonucda Ukraynanın Krımı itirməsi ilə nəticələndi.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler