» » Gecə klubunun qarşısında qətl törədənə


Gecə klubunun qarşısında qətl törədənə 12 il 6 ay həbs

Bölmə: Xəbər
Gecə klubunun qarşısında qətl törədənəBu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Emin Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən “Korol” gecə klubunun qarşısında baş verib. Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayevin bıçaq xəsarətilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.
Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler