» » Kadirov:Putin etməsə,başqaları edəcək

Kadirov:Putin etməsə,başqaları edəcək

Bölmə: Xəbər, Dünya, KİTAB ALƏMİ, MANŞET
Kadirov:Putin etməsə,başqaları edəcəkÇeçenistan lideri Ramzan Kadırov "Эхо Москвы" radiostansiyasının baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir etməyə cəhddə günahlandırıb.

XALQİNFO.AZ-ın məlumatına görə, Kadırov bildirib ki, baş redaktorunb bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər.

""Эхо Москвы" radiosunun rəhbəri Aleksey Venediktov Peyğəmbərin (s.a.s) karikaturasının kütləvi informasiya vasitələrində nəşr edilməsinin nə dərəcədə doğru olub-olmadığı barədə sorğu keçirir. Bu təxribat xarakteri daşıyır. Sorğu Rusiyada və dünyada yaşayan müsəlmanları təhqir edir, xaosa və qarşıdurmalara hesablanıb" , - deyə Kadırov İnstagram səhifəsində yazıb.

Onun sözlərinə görə, Venediktov radiostansiyanı "antiislam ruporu"na çevirib və Rusiyada yaşayan müsəlmanlar bunu çox yaxşı görürlər.

Çeçen lider Rusiya hökumətini radiostansiyada qayda-qanun yaratmağa çağırıb: "Əks halda Venediktovu başqaları cəzalandıracaq".
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler