» » Cəlilabadda qar 20 kəndi mərkəzdən ayırdı

Cəlilabadda qar 20 kəndi mərkəzdən ayırdı

Bölmə: Xəbər
Cəlilabadda qar 20 kəndi mərkəzdən ayırdıMilli.Az CTV-yə (Region tv-yə ) istinadən bildirir ki, güclü qarın yağması Cəlilabad rayonunda bir sıra çətinliklərə yol açıb. Yolların buz bağlaması kəndlərlə rayonun əlaqəsin məhdudlaşdırıb. Dağətəyi ərazilərdə yerləşən 3 kənddə isə elektrik enerjisnin verilişi kəsilib.

Əsasən dağlıq ərazilərdən keçən Cəlilabad-Yardımlı avtomobil yolunun qarla örtülməsi yolda qəzalara da səbəb olub. Bəzi avtomobillər isə sərt döngələrdə köməksiz vəziyyətdə qalıb.

Qarın yağması rayonun Ucqar dağ kəndlərində elektrik naqillərinin qırılmasına və dirəklərin aşmasına da səbəb olub. Nəticədə rayonun Adnalı, Babaxanlı, Şatırlı, Badamağacı və Buravar kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Bundan başqa təbii fəlakət nəticəsində kəndlə internet əlaqəsi də kəsilib.

Axşam saatlarnda qar daha da intensivləşib. Ən son məlumatlara görə, Cəlilabad- Yardımlı avtomobil yolu tamamilə bağlanıb. Hazırda 20-dən yuxarı kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yağan qarın hündürlüyü Cəlilabad rayonunun dağlıq ərazilərində 30, düzən ərazilərə isə 7 sm-ə çatıb. Hazırda qarın yağması davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler