» » Nərmanovda zəncirvari qəzada 2 nəfər

Nərmanovda zəncirvari qəzada 2 nəfər yaralandı

Bölmə: Xəbər
Nərmanovda zəncirvari qəzada 2 nəfərÖtən gecə Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.

Xalqinfo.az-ın məlumatına görə, qəza yeni istifadəyə verilən Dərnəgül şosesindəki körpüdə qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil qarşı yola çıxaraq "Nissan" və "Mercedes"lə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. "BMW" və "Nissan"ın sürücüsü xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıblar.

Qəza zamanı maşınlar yanmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, prospektlə yüksək sürətlə avtomobili idarə edən "BMW"in sürücüsü sərxoş olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə
Lent.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler