» » Daha bir təyyarə

Daha bir təyyarə qəzaya uğuradı

Bölmə: Xəbər, Dünya
Daha bir təyyarə Yeni Zelandiyada sərnişin təyyarəsi uçuşdan dərhal sonra mühərrikdə ciddi problemlər yarandığından qəzaya uğrayıb.

Xalqinfo.az xəbər verir ki, “Skydive Taupo” aviaşirkətinin hava gəmisi Şimal adasında yerləşən Taupo gölünə düşüb.

Təyyarədə olan 13 nəfər (altı sərnişin, altı ekipaj üzvü və gəmi komandiri) möcüzə nəticəsində xilas olmağı bacarıb.

Layner hündürlüyü itirməyə başladıqda bort baxıcıları paraşütləri paylayıb və hamı vaxtında təyyarədən tullanmağı bacarıb.

Sərnişinlər ekipaj üzvləriylə tandemdə tullanıb. Təyyarəni son anda qəzadan bir neçə saniyə əvvəl bortu pilot tərk edib.

Həkimlər sağ qalan sərnişinləri müayinə edib. Xəsarət alan olmayıb.

Yeri gəlmişkən, gölün sahilində yerləşən Taupo şəhəri Yeni Zelandiyanın "adrenalin paytaxtı" hesab edilir. Paraşütlə tullanmalar - orada ən məşhur əyləncə hesab edilir.

Qeyd edək, insanlar əvvəllər də aviaqəzalarda sağ qalmağa müvəffəq olub. Belə ki, 2010-cu ildə Yohannesburqdan (CAR) Tripoliyə uçmuş “Afriqiyah Airways” Liviya aviaşirkətinin A-330-u layneri qəza keçirmişdi. İçində 93 sərnişin və 11 ekipaj üzvü olan təyyarədə Hollandiyadan olan 8 yaşlı oğlan sağ qalmışdı.
Mənbə
Anspress.com
Daha bir təyyarə
Daha bir təyyarə
Daha bir təyyarə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler