» » Deputat Erməni kəşfiyyatı haqda

Deputat Erməni kəşfiyyatı haqda danışdı

Bölmə: Xəbər, BLOK XƏBƏR
Deputat Erməni kəşfiyyatı haqda"Ermənistanın kəşfiyyat-diversiya qrupunun daha çox Azərbaycanın dinc sakinlərini hədəfə alması Sarkisyan rejiminin terrorçu rejim olduğunu bir daha təsdiqləyir".

Xalqinfo.az-ın məlumatına görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov YAP-ın saytına açıqlamasında deyib.
E.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı ortada təkzibolunmaz faktlar mövcuddur.

Onun sözlərinə görə, Serj Sarkisyanın özü də əvvəllər cinayətkar qruplara rəhbərlik edən səhra komandirlərindən biri olub: "Cinayətkarın, terrorçunun, hərbi caninin rəhbərlik etdiyi bu dövlət hər zaman dinc əhaliyə qarşı müəyyən cinayət əməlləri törədib. Beynəlxalq təşkilatlar bu məsələyə daha çox diqqət yetirməlidirlər. Məhz bu cür cinayət əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın dinc sakinlərinin terror qurbanı olmasının qarşısını almaq olar. Bu yöndə müvafiq tədbirlər görülməlidir".

Deputat bildirib ki, bu gün Azərbaycan ərazisində erməni kəşfiyyat -diversiya qrupu dinc əhaliyə qarşı, sözün əsl mənasında müharibə mövqeyi sərgiləyir:

"Təbii ki, Azərbaycan tərəfi də öz hərbi gücündən istifadə edərək bu qruplara qarşı mübarizə aparır. Ancaq müəyyən beynəlxalq dairələrin havadarlıq etdiyi Ermənistan dövlətinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün bütün dünya ictimaiyətinin diqqətini bu məsələyə çəkmək zəruridir"- deyə, E.Məmmədov vurğulayıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler