» » Sabirabad sakininin "marixuana əməliyyatı"

Sabirabad sakininin "marixuana əməliyyatı"

Bölmə: Xəbər
Sabirabad sakininin "marixuana əməliyyatı"Bakıda narkotiklərlə tutulan Sabirabad sakininin rayondakı evindən də marixuana tapılıb
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, BŞBPİ-nin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov ətrafında davam etdirilən araşdırmalar zamanı rayonun Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bir gün əvvəl yayılan məlumatda bildirilirdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nağı Həmidovdan 5 kiloqram 100 qram marixuana götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler