» » İşsizlər işlə təmin edildilər

İşsizlər işlə təmin edildilər

Bölmə: Xəbər, Sosial
İşsizlər işlə təmin edildilərÖtən il ərzində Qax Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 249 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 31 nəfər haqqı ödənilən müvəqqəti ictimai işlərə, 40 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. İyunda keçirilən sonuncu əmək yarmarkasında 51 nəfər işə göndəriş əldə edib.

Xalqinfo.azbildirir ki, rayon məşğulluq mərkəzindən AzərTAc-a bildirilib ki, hazırda qurumda 749 nəfər işaxtaran kimi qeydiyyatdadır. Onlardan 241 nəfərinə işsizlik statusu verilib, 47 nəfərə müavinət təyin olunub.

Keçən il qurum tərəfindən qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif tədbirlər, “Məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa”lar təşkil olunub. Bundan əlavə, gənclərin peşə seçmələrinə kömək məqsədilə Güllük və Zərnə kəndlərində “Gənclərin səmərəli məşğulluğunun təmin edilməsində peşəyönümü işinin təşkili” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler