» » Kamil Zeynallı evini satışa çıxardı -

Kamil Zeynallı evini satışa çıxardı - Səbəb

Bölmə: Şou
Kamil Zeynallı evini satışa çıxardı  -




İdmançı Kamil Zeynallının evini satması ilə bağlı xəbərlər yayılıb.

“Onun Mərkəzi Neftçilər Xəstəxanasının yaxınlığında yerləşən üçotaqlı evini 200 min manata satışa çıxardığı bildirilir.

Yenisabah.az-a məsələ ilə bağlı açqlama verən K.Zeynallı evin özünün yox, anasının olduğunu deyib:

“Bəlkə də bu çox adama maraqlıdır. Son günlər yayılan söz-söhbətlər, xəbərlərdən sonra ev satmaq söhbətinin də üst-üstə düşməyini insanlar nə iləsə əlaqələndirirlər. Mən o evi 7-8 ay bundan qabaq çəkiliş edərək satışa çıxarmışdım. O ev mənim anamın evidir. Oranı satıb Nərimanov ərazisindən yeni ev almağı düşünürük. Düzdür, anam uzun müddətdir o evdə yaşayır, amma o ev avtobus dayanacağına, metroya bir az uzaqdır deyə satmaq istəyirik. Həmin ev Leyla Şıxlinskaya klinikasının arxasında yerləşir. Evimizi satmağımızın digər söhbətlərlə heç bir əlaqəsi yoxdur, hamı düşünür ki, görəsən Kamil o evi neylədi, niyə satır, nə məsələdir? İstəyirəm ki, anamı Nərimanova, metroya, həm də öz işimə yaxın yerə gətirim”.

Qeyd edək ki, həyat yoldaşı Gülay Zeynallıdan boşanma xəbərləri ilə gündəmdə olan idmançı bu evdə anası və qızı ilə birgə yaşayırdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler