» » Mehriban Xanlarovanın verilişi bağlandı

Mehriban Xanlarovanın verilişi bağlandı

Bölmə: Şou, MANŞET
Mehriban Xanlarovanın verilişi bağlandı
ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” adlı proqram yayımını dayandırıb.

Xalqinfo.az xəbər verir ki, bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid olunan veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb.

Məlumatı əməkdar artist “Qafqazinfo”ya təsdiqləyib. O, verilişinin yayımının son olayla bağlı dayandırıldığını qeyd edib.

Qeyd edək ki, ötən həftə M. Xanlarovanın qonağı sosial şəbəkələrdə məşhurlaşan “Azəri Vandam” olmuşdu.

Aparıcı-aktrisanın qonağı ilə birgə şpaqat açaraq “Azəri Vandamı” təqlid etməsi birmənalı qarşılanmamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler