» » "Sizə inananlar da, elə sizin tayınızdır" -

"Sizə inananlar da, elə sizin tayınızdır" - Nuradan həmkarlarına

Bölmə: Şou
"Sizə inananlar da, elə sizin tayınızdır" -
"Haqqımda elə sözlər danışırlar ki, axmaq şou nümayəndələri siyahısından bəziləri - özümü Hitler kimi güclü və əzazil hiss edirəm. Mən necə də pis insan imişəm. Deməli, kiməsə yaxşılıq etdikcə, o insanlarda mənə qarşı qıcıq yaranırmış. Mənim köməkliyim ilə qalxan insanlar arxamda məni gözdən salmaq üçün özlərində olan bütün əclaflıqları sözdə mənim ayağıma yazırmışlar".

Xalqinfo.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi şou-biznes nümayəndələrinin onun arxasınca danışmasından gileylənib:

"Onsuz da həyat sizə etdiklərinizin min əvəzini verəcək. Buna əmin olun. İnşallah o günü mən də görəcəyəm və kənardan baxıb gülümsəyəcəyəm. O ki, qaldı mənim pis insan olmağıma, elədirsə, məndən qorxun və adımı hallandırmayın. Yerin də qulağı var.

Sizin kimi olmayanları qəbul etmək mümkünsüzdür, bunu bilirəm. Özünüz bütün pisliklərə qadirsiniz və əmin olsaydınız ki, mən də eləyəm, qorxub danışmazdınız.Arxamca danışırsız, unutmayın. Birinizin deməyə sözü olsaydı, çoxdan çıxıb üzümə deyərdiniz. Mən səbrlə sizin danışdığınız şər və böhtan bataqlığında boğulmağınızı gözləyirəm. Haradan çıxmısınız, elə ora da dönəcəksiniz.

Sizə inananlar da, elə sizin tayınızdır. Əslində, mənə görə bağışlanmayan günahı daşımaq çox ağır cəzadır".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler