» » Röyanın da oxuyacağı konsert ləğv olundu -

Röyanın da oxuyacağı konsert ləğv olundu - Bilet alan olmadı

Bölmə: Şou
Röyanın da oxuyacağı konsert ləğv olundu -
Bu gün Bakıda planlaşdırılan "Ultra Musiqi Festivalı” ləğv olunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, konsert bilet satışının zəif olduğu üçün baş tutmayıb. Artıq musiqili gecənin afişası "iTicket.az”dan yığışdırılıb.

Bu məqamda bildirək ki, konsertdə əməkdar artist Röya Ayxan, Murad Arif, Rauf, Ramil Nabran və b. iştirak edəcəkdi.

Gecənin ləğvi ilə bağlı daha bir iddia isə festivalın təşkilatçılarından birinin həbs olunması ilə bağlıdır.

Unikal.org xəbər verir ki, "Qafqazinfo” mövzu ilə bağlı "Ultra Musiqi Festivalı”nın rəsmisi Tatyana Meerova ilə əlaqə saxlayıb.

O, təşkilatçının həbs olunması barədə yayılan məlumatı təkzib edib:"Bu söz-söhbətlər haradan çıxır, başa düşə bilmirəm. Qeyd etdiyimiz kimi, festival bilet satışının zəif olmasına görə ləğv olunub. Müğənnilərlə də danışmışdıq, qonorarı da müəyyənləşdirmişdik. Amma alınmadı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler