» » "Qıza belə söz-söhbətlər yaraşmır" -

"Qıza belə söz-söhbətlər yaraşmır" - Azərbaycanlı müğənni

Bölmə: Şou
"Qıza belə söz-söhbətlər yaraşmır" - Müğənni Nazim övladlarından danışıb.
Bir oğul və bir qız atası olan Nazim oğluna azadlıq versə də, qızına qadağaları olacaq. Dediyinə görə, bunun üçün onun öz səbəbləri var.

Xalqinfo.az publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı oğul atası olan Nazim ailə qurarkən onun seçiminə qarışmayacağını deyir: “Oğlumun 22 yaşı var, hazırda Londonda magistr pilləsində təhsil alır. Təhsilini başa vuran kimi evləndirəcəyəm. Mən demokratik ruhlu atayam, onun seçiminə müdaxilə etməyəcəyəm. Fərq eləməz. Lap ingilis qızla da evlənə bilər. Əsas odur ki, o xanımla özünü xoşbəxt hiss etsin”.

Qızına gəlincə, Nazim demokratik ata olduğunu unudacaq: “Qızımın seçiminə gəlincə, o, təbii ki, azərbaycanlı oğlanla ailə quracaq. Çünki oğlan oğlandır, boşanıb yenidən evlənə də bilər. Amma milli mentalitetimizə görə, qıza belə söz-söhbətlər yaraşmır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler