Ramiz Məleykədən 300 min istəyir - O da məhkəməyə verdi"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib. R.Məlikin iddiası icraata qəbul edilib. Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb: “Məleykə xanım deyib ki, Ramiz Məlik onun validyenlərinin qəbri üstündə diz çöküb üzr istəsə, onu bağışlayacaq”. Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib: “Mən geyindiyi şortikə görə özünə yazıb irad bildirmişəm. Bunu da teatrın adına söz gəlməməsi üçün etmişəm. Sonra Məleykə evə zəng edərək yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq və məni təhqir edib. Mən artıq bu məsələyə son qoyulmasını istəyirəm”. Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək. Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təhqir etməsi iddiası ilə 200 min manat təzminat istəyib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|