» » Namiq Qaraçuxurluya

Namiq Qaraçuxurluya narkotik ittihamı

Bölmə: Şou
Namiq Qaraçuxurluya Müğənninin prodüseri Ataşdan inanılmaz açıqlama
Xalqinfo.az gecce.az-a istinadən xəbər verir ki, sənətçinin prodüseri Ataş "Düzünü desək" verilişində qonaq olub. O, Namiqin narkoman olması ilə bağlı yayılan şayiələrə belə aydınlıq gətirib:

"Şərin əsas qaynaq yeri şou-biznesdədi. Bu biznesin xəmiri şərlə yoğrulub. Heyvanın etmədiyini bunlar edir. Bunları yandırır ki, niyə Namiq Qaraçuxurlu "Rəvayət" klipi ilə bir gecədə populyar oldu. Aygünlə Namiqin bir olmasına razı olmadılar. Namiq bu sənətə gələndən onunla çalışıram. Ona çox şərlər atılıb. 2003-cü ildə biz ən böyük şərə düşdük. Namiq boğazından əməliyyat olunmuşdu. Jurnalistin biri götürüb yazmışdı ki, "Namiq Qaraçuxurlu narkotik qəbul edir və buna görə xəstəxanada yatır". Bu, mənim şəxsiyyətimə təsir etdi. Namiqi çox yaxşı tanıyıram, bunu etməz. O jurnalisti tapıb görüşdüm. Yalan yazdığını ona təsdiqlətdim. Götürüb doğru xəbər olmadığını yazıb, təsdiqlədi".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler