“Həkim dedi ki, əziyyət çəkmə, bir daha ana olmayacaqsan”Bölmə: Şou
"İkinci yazdığım kitab övladlığa götürdüyüm oğullarımın anası Leylanın həyatından bəhs edir. Çox dəhşətli həyatıolub". “Xalqinfo” axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. Sənətçi bir daha heç vaxt ana ola bilməyəcəyini açıqlayıb. O, övladlığa uşaq götürməsinin səbəbindən danışıb: "Gənc olanda düşünürdüm ki, ailə quranda övladım olmasın. Deyirdim, zahiri görünüşüm dəyişəcək, yuxusuz gecələr keçirəcəm, kiminsə qayğısını çəkəcəm. Ailə qurdum, əkiz övladım dünyaya gəldi, biri sağ qaldı. Sonra nə qədər əlləşdim yenidən ana olmadım. Həkim dedi ki, əziyyət çəkmə bir daha ana olmayacaqsan". Roza övladlığa götürdüyü qızının ona xəyanətindən söz açıb: "Övladlığa uşaq götürüb saxlamağım hamıya asan gəlir. 10 yaşında qız götürdüm böyütdüm. 16 yaşında onu atan ananın yanına qayıtdı. İllər keçdi səhvini başa düşdü və yanıma qayıtdı. Efirdə yalan danışmışam. Deyirdim, övladımın sağlamlığı ilə bağlı səhnədən getdim. Amma mən həyatdan sındım, övladım bildiyim insan tərəfindən tərk edildim. Yeni uşaqları övladlığa götürəndə hamı qarşı oldu. Dedilər, bir də xəyanət görsən, sən öləcəksən". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|