» » Muradın evindəki danışıqları kim yayıb?

Muradın evindəki danışıqları kim yayıb?

Bölmə: Şou
Muradın evindəki danışıqları kim yayıb?
Bir neçə həftədir ki, Türkiyə gündəmini müğənni Murad Bozun şəxsi danışıqlarının qəzetdə dərc edilməsi zəbt edib. Hətta, sənətçinin həmkarı Hadisə onun evinə dinləmə cihazının qoyulduğunu, onların danışıqlarının isə mediaya sızdığını iddia edib.

Bunun ardından Baş Prokurorluq Hadisənin açıqlamasını təkzib edərək mövzu ilə bağlı dəqiq məlumat yayacaqlarını bildiriblər.

“Xalqinfo” xəbər verir ki, Murad bu açıqlamalardan sonra instaqramda paylaşım edib:

“Biz məşhuruq, evimizdə rahat oturmuruq, buna məcburuq. Bəs anam? O da məşhur bir şəxsin anası olduğu üçün öz evində danışıqlarını qəzetlərdə oxumaq məcburiyyətindədir? Buna prokurorluq nə cavab verəcək? Mənim "evdə səsimi yazıblar" demişəm. Amma necə lentə alıblar bilmirəm. Evimizin qarşısı bağlıdır. Şəkillərin çəkildiyi yerdən səslərimizi yazmaq imkansızdır.

Bildiyim danışıqları eynən qəzetlərdə yazıblar. Biz bunun xaricində özəl söhbətlər də etmişik. Ya gizli evə girib qulaq asıblar, ya da təhlükəsizlik kameralarından səsimizi qeyd ediblər. Ola bilsin ki, bizi pusub məlumatı qəzetlərə ötürüblər. Elə bil ki, biz evimizin eyvanında bağıra-bağıra danışırıq. Bizim prokurorluqdan istəyimiz odur ki, səslərimizin necə yazılmasını tapsınlar”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler