» » Bakıda Burak Özçivitlə film izləmək -

Bakıda Burak Özçivitlə film izləmək - 70 manatadır

Bölmə: Şou
Bakıda Burak Özçivitlə film izləmək -
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Burak Özçivit Bakıya gələcək. O, noyabrın 30-da rol aldığı “Kardeşim benim-2” filminin Bakıdakı qala gecəsində iştirak edəcək. Özçivit xanımı Fahriye Evcenlə Azərbaycana təşrif buyuracaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Burakla birgə filmi izləmək istəyənlər 70 manat ödəməlidirlər. Belə ki, kino eyni zamanda bir neçə zalda nümayiş olunacaq. Aktyorla birgə IMAX zalında bilet - 70 AZN, adi zal – 50 AZN, adi zal, iki nəfərlik oturacaq – 110 AZN-dir.

Bu məqamda qeyd edək ki, bir neçə ildir Bakıda tanınmış türkiyəli məşhurların rol aldığı filmlərin təqdimatı keçirilir. Adətən qiymətlər 20-30 AZN arasında dəyişib. İlk dəfədir ki, aktyorla film izləmək 70 manata başa gəlir.

Qeyd edək ki, ekran işində müğənni Murad Boz və azərbaycanlı aktyor Kamran Ağabalayev də yer alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler