» » Arif Quliyev “Maşın şou”dan getdi - Video

Arif Quliyev “Maşın şou”dan getdi - Video

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Arif Quliyev “Maşın şou”dan getdi - Video
12-ci mövsümdür yayımlanan “Maşın şou”da iştirak edən xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.

“Xalqinfo” xəbər verir ki, bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib.

M. Dadaşovun sözlərinə görə, günorta vaxtı studiyada A. Quliyevin səhhətində ciddi problem yaranıb və dərhal təcili yardım çağırılıb. Həkimin ilkin müayinəsindən sonra onun əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı bildirilib.

Xalq artistinin səhhəti ilkin tibbi müdaxilədən sonra stabilləşib. Verilişin təşkilatçıları aktyoru xəstəxanaya yerləşdirmək istəsələr də, o bundan imtina edib və evinə aparılmasını istəyib.

Həkimlər Arif Quliyevin səhhəti ilə əlaqədar yarışmada davam edə bilməyəcəyini deyib. Buna görə də o, verilişdə iştirakını dayandırıb.

Arif Quliyev “Maşın şou”dan getdi - Video


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler