» » Pərvinin “Porche”si cərimə meydançasına aparıldı -

Pərvinin “Porche”si cərimə meydançasına aparıldı - Fotolar

Bölmə: Şou
Pərvinin “Porche”si cərimə meydançasına aparıldı -
Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

“Xalqinfo” Report-a istinadən xəbər verir ki, "99 EP 333" dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.

P. Abıyeva avtomobilinə həbs qoyulması ilə bağlı xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən sənətçi maşınına həbs qoyulmadığımı bildirib: “Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.

Qeyd edək ki, yayılan məlumatda onun “Porche” markalı avtomobilinin hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilin evakutor vasitəsilə cərimə meydançasına yerləşdirildiyi xəbəri yayılıb.

Pərvinin “Porche”si cərimə meydançasına aparıldı -
Pərvinin “Porche”si cərimə meydançasına aparıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler