» » “Maşın”da onlar yarışacaq - Qalmaqallı məşhurlar da var

“Maşın”da onlar yarışacaq - Qalmaqallı məşhurlar da var

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Maşın”da onlar yarışacaq - Qalmaqallı məşhurlar da var
ATV-də yayımlanacaq “Maşın şou”sunun başlamasına sayılı günlər qalıb.

Xalqinfo.az xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Əldə etdiyimiz məlumata görə, bu bazar günü “Xanımlar və cənablar” devizi ilə yayımlanacaq şouda daha çox aparıcıların adlarına rast gəlmək mümkündür.

ATV-nin dörd məşhur siması Vüsalə Əlizadə, Vüsalə Kərimova, İlhamə Bədəlova və İlqar Mikayıloğlu qaliblik uğrunda mübarizəyə qoşulacaqlar.

Bundan əlavə,əməkdar artist Tünzalə Əliyeva, aktrisa Fidan Axundova, jurnalist Ülviyyə Alovlu, müğənnilər Vüqar Muradov, Günel Ələkbərova, “-40°” mahnısı ilə məşhurlaşan Rauf Əhmədov, meyxanaçı Vüqar Əbdülov da birincilik üçün yarışacaqlar.


www.xalqinfo.az / Şəfa Rasimqızı /

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler