» » Atası ölən müğənni səhnəyə çıxdı

Atası ölən müğənni səhnəyə çıxdı

Bölmə: Şou
Atası ölən müğənni səhnəyə çıxdı
Məşhur türkiyəli müğənni Halil Sezai dünən Çanaqqala şəhərinin Bozcaada qəsəbəsində verəcəyi konsertdən öncə atasının vəfat etdiyi xəbərini alıb.

“Xalqinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni vaxta az qaldığı üçün konserti təxirə salmayıb və onu dinləməyə gələn minlərlə fanatı üçün səhnəyə çıxıb.

Bir neçə mahnı ifa edən Sezai, “Mənim vəfalı yarım qara torpaqdır” mahnısını oxuyarkən gözyaşlarını saxlaya bilməyib.

Xəbəri eşidənlər səhnəyə çıxaraq ona təsəlli veriblər. Kədərli halda səhnədən ayrılan ifaçı Əskişəhərə yola düşüb.

Qeyd edək ki, H.Sezainin atası sabah dəfn ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler