» » Tarkan Bakıda unudulmaz anlar yaşatdı -

Tarkan Bakıda unudulmaz anlar yaşatdı - FOTO

Bölmə: Şou
Tarkan Bakıda unudulmaz anlar yaşatdı -
Formula-1 Azərbaycan Qran-Prisinin ilk günündə - iyunun 23-də Türkiyənin məşhur müğənnisi Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxıb.

Xalqinfo.az xəbər verir ki, meqastar Dənizkənarı Milli Parkda Formula-1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirib.

Bir neçə gün öncə “10” adlı musiqi albomunu təqdim edən müğənninin mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının özünüməxsusluğu onun güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxtəlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarla insan onun ifalarını sevərək dinləyir.

Tarkanın enerjili və coşğulu ifaları onu dinləməyə gələnlərə unudulmaz gecə yaşadıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler